AZ

Rusiyanın 30-dan çox şəhərində mobil internet kəsilib

Rusiyanın 30-dan çox şəhərində pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən mobil internet kəsilib. Bu barədə Rusiya mətbuatı yazıb. 

Rusiyanın "İzvestiya" nəşri də xəbər verir ki, Moskvada mobil operatorların işində  fasilələr var.

“Meqafon”un mətbuat xidməti rabitə problemləri barədə məlumat verib.

Yandex Go xidmətində də problemlər olduğu bildirilir.

“Mobil telefonların əhatə dairəsi kəsildikdə, sərnişinlər müvəqqəti olaraq taksi sifariş edə bilmir və ya yaxınlıqda avtomobillərin olmaması ilə üzləşirlər – bütün sürücülər xəttə çıxıb sifariş qəbul edə bilmirlər”, - mətbuat xidmətindən bildirilib.

Xidmət istifadəçilərinə ictimai nəqliyyatdan istifadə etmək və ya əlaqə bərpa olunana qədər gözləmək tövsiyə olunub.

Downdetector xidmətinin məlumatına görə , T2, MTS və Beeline mobil operatorlarının işində fasilələr var.

Gülnar 

Seçilən
0
1
anews.az

2Mənbələr