Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 (9 169 651 AZN), məhəllə O-123 üzrə binaların tikintisi işlərinə (13 513 151 AZN) ümumilikdə 22 682 802 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı “Ağdan, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə” publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işlərinə isə 1 172 681 AZN sərf edilməsi planlaşdırılır.
Cabir Həsənov
Tarix: 7 May 2025, 12:11