“Qarabağ”ın sabiq futbolçusu Juninyo ilə Joao Feliş komanda yoldaşı ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Flamenqo” klubu portuqaliyalı futbolçu üçün “Çelsi” ilə danışıqlara başlayıb. Hazırda “Milan”da icarə əsasında çıxış edən oyunçuyla keçmiş komandası “Benfika” da maraqlanır.
Felişin karyerasının hazırkı mərhələsində Braziliyaya getmək istəmir. Ancaq oyunçu yekun qərarını yayda verəcək.