AZ

Paşinyan aciziklə ümidsizlik arasında

Bakı. Trend:

44 günlük İkinci Qarabağ Müharibəsində total məğlubiyyətdənsonra Nikol Paşinyanın ikinci dəfə hakimiyyətə qayıdışından deməkolar ki, dörd il keçir. Bununla belə, Ermənistanın baş nazirinəqarşı kəsilməyən tənqidlərə və cəmiyyətin əhəmiyyətli hissəsinindərin məyusluğuna baxmayaraq, erməni müxalifəti əsas məqsədinə -onun istefasına yaxınlaşa bilməyib.

Hazırda təzyiq göstərmək üçün üç əsas ssenari müzakirə olunur:növbədənkənar seçkilər, küçə etirazları və parlamentdə etimadsızlıq(impiçment) səsverməsi.

Fəqət bu vasitələrin heç biri nəzərəçarpacaq nəticəverməyib.

Müxalifət parlamentin buraxılmasını və növbədənkənar seçkilərinkeçirilməsini israrla tələb edir. Bu strategiya seçicilərinPaşinyandan elə dərəcədə narazı olduğu fərziyyəsinə əsaslanır ki,onlar istənilən alternativə səs verməyə hazırdırlar. Amma praktikagöstərir ki, sosioloji mənzərə nikbinliyə əsas vermir.

Siyasi uğursuzluqlara baxmayaraq, Paşinyan xüsusilə əyalətlərdəöz elektorat bazasında sabit dəstəyini qoruyub saxlayır. Bu isəonun siyasətinə inamdan yox, daha çox məntiqli alternativinolmamasından qaynaqlanır.

Habelə, Ermənistan Konstitusiyasına əsasən parlamentinburaxılması üçün baş nazirin istefa verməsi və parlamentin iki dəfəyeni hökumət rəhbərini seçə bilməməsi tələb olunur.

Nikol Paşinyan isə nə siyasi, nə də rasional baxımdan bunagetməyəcək. Deməli, iqtidardakı "Vətəndaş müqaviləsi" partiyası iləkonsensussuz növbədənkənar seçkilər mümkün deyil.

Küçə səviyyəsində səfərbərlik cəhdləri dəfələrlə olub. 2022-ciilin yazında İrəvanda keşiş Vazgen Qalstanyanın nominal "lider"olduğu “Müqavimət” hərəkatının “Hayastan” və “Şərəfim var”partiyalarının iştirakı ilə genişmiqyaslı aksiyaları keçirilmişdi.Amma bu etirazlar tezliklə zəiflədi. Bunun bir neçə səbəbi var:“Paşinyan getməlidir!” kimi abstrakt çağırışlardan başqa aydıngündəmin olmaması, liderliyin parçalanması və cəmiyyətə gələcəyədair konkret strategiya təklif edə bilməmək. Əvvəllər “məxməriinqilab”ın hərəkətverici qüvvəsi olan gənclik indi müxalifətintəşəbbüslərinə kütləvi şəkildə biganə yanaşır.

Köhnə elitanın, o cümlədən sabiq prezidentlər Robert Koçaryan vəSerj Sarqsyanın fiqurları isə etirazçılarda heç bir entuziazmyaratmır. Üstəlik, Paşinyan “keçmişə qayıtmayacağıq” şüarındanməharətlə istifadə edərək müxalifəti revanşistlər ittifaqı kimitəqdim edir.

Müxalifətin parlamentdə iki fraksiyası, yaxud bloku var -“Hayastan” və “Şərəfim var”. Yəni ümumilikdə 35 mandat.Etimadsızlıq (impiçment) səsverməsi üçün isə 107 yerlik parlamentdə54 səs lazımdır. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının isə 71mandatı var. Hətta bütün müxalifət və neytral deputatlar birləşsəbelə, kritik say əldə edilə bilməz.

Vaxtaşırı hakim partiyada “bölünmə” barədə şayiələr yayılır,xüsusən də Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması iləbağlı qeyri-populyar qərarlardan sonra. Amma indiyə qədər busöz-söhbətlər real addımlarla təsdiqlənməyib. Paşinyanınfraksiyasında daxili intizam güclü olaraq qalır, bu da əsasən şəxsisədaqət və namizəd siyahılarına nəzarət mexanizmləri ilə təminolunur.

Sabiq prezident Robert Köçəryan Ermənistanda revanşistlərin,irqçilərin, neonasistlərin, radikal müxalifətin simvolu olaraqqalır. Onun mediada aktivliyi davam edir, amma siyasi kapitalı çoxməhduddur.

Korrupsiya işləri və 2008-ci il 1 mart hadisələrində zorakılıqda daxil olmaqla onun çoxsaylı mənfi irsi var.

Prezident Aparatının keçmiş rəhbəri Edqar Kazaryanla ittifaqıisə daha çox köhnə inzibati resursların səfərbərlik cəhdi kimigörünür, nəinki real güclənmə.

Digər sabiq prezident Serj Sarqsyan demək olar ki, kölgəyəçəkilib, nadir bəyanatlarla kifayətlənir və siyasi ölü rolunuoynayır.

Onun fiquru sistemli korrupsiya ilə assosiasiya olunur vətərəfdarları belə etiraf edir ki, o, elektorat baxımından artıqyükdür.

“Milli hökumət” konsepsiyasını irəli sürən Edqar Kazaryan isəmarginallaşmış fiqurdur. Onun gündəliyi həddindən artıq hüquqi,akademik xarakter daşıyır və geniş kütlələrdə əks-sədadoğurmur.

Paşinyanın açıq tənqidçisi, sabiq deputat Ovik Aqazaryan isəgənclər təşəbbüsləri və aşağıdan yuxarı təşkilatlanmalar üzərindəfokuslanaraq özünəməxsus niş yaratmağa çalışır.

Amma hələlik daha iri oyunçuların kölgəsindən çıxa bilmir.

Ermənistan müxalifətinə gələndə, Kremlin təsiri ilk baxışdangöründüyü qədər böyük deyil. Paşinyanla çətin münasibətlərəbaxmayaraq, Moskva status-kvonu saxlamağa üstünlük verir. Səbəbsadədir: Nikol Paşinyan idarəolunan, proqnozlaşdırılandır vəgeosiyasi “qırmızı xətləri” keçmir.

Üstəlik, Qarabağdan qaçış və Rusiyanın regiondakı hərbiiştirakının faktiki ləğvindən sonra Kreml Ermənistanın daxiliişlərindən açıq şəkildə uzaqlaşır. Ukraynadakı müharibə vəAzərbaycanla, Türkiyə ilə münasibətlərin prioritetləşməsi fonundaerməni müxalifəti Moskva üçün dəyərli alət olmaqdan çıxıb.

Nə Köçəryan, nə Sarqsyan indiki Kremlin elitası tərəfindənrəğbətlə qarşılanmır. 1990-cı illərdən fərqli olaraq bu günErmənistan Kreml üçün prioritet deyil, başağrısıdır.

Azərbaycan heç bir halda Ermənistanın daxili işlərinə qarışmır.Lakin de-fakto Bakı üçün mövcud vəziyyət əlverişlidir: Paşinyan,populist ritorikasına baxmayaraq, 2020-ci il 10 noyabr üçtərəflibəyanatının şərtlərinin icrası və Qarabağ ermənilərininAzərbaycanın hüquqi məkanına inteqrasiyası istiqamətində ardıcıladdımlar atır.

Müxalifət isə Azərbaycanın ərazi bütövlüyünün legitimliyini açıqşəkildə inkar edir və revanşist əhval-ruhiyyəni qızışdırır. Bubaxımdan, onun hakimiyyətə gəlməsi danışıqlar prosesini dondura vəregionu yenidən qeyri-sabitliyə sürükləyə bilər. Deməli, hətta sırfpraqmatik baxımdan belə, Bakı üçün proqnozlaşdırıla bilənlik xaosanisbətən daha üstündür.

Avropa İttifaqı və ABŞ İrəvana diplomatik və maliyyə dəstəyigöstərməyə davam edirlər. Lakin bu dəstək institusional xarakterdaşıyır və siyasi müxalifəti əhatə etmir. Üstəlik, Vaşinqton vəBrüssel Paşinyanı Cənubi Qafqazda Qərbyönlü kursun daşıyıcısı kimigörürlər.

Müxalifətin Avropaya müraciət cəhdləri - xüsusilə də“avtoritarizm təhlükəsi” kontekstində - inandırıcı görünmür.

Qərb hakimiyyət dəyişikliyində maraqlı deyil, xüsusən budəyişiklik Rusiyapərəst qüvvələrin qayıdışına və ya qeyri-sabitliyəyol aça bilərsə.

Etiraz dalğasının zəifliyi və parlament təcridinin fonundamüxalifət 2026-cı il seçkilərinə dağınıq və demorallaşmış şəkildəyaxınlaşır. Vahid cəbhə yaratmaqla bağlı danışıqlar dalana dirənib.Köçəryan və Sarqsyanın bir-birilə belə anlaşa bilmirlər. Kazaryanmüstəqil fəaliyyət göstərir, yeni simalar isə hələlik mediameydanına çıxmağa nail ola bilməyiblər.

Cəmiyyətdə nə Paşinyanla, nə də keçmiş sistemin “veteranları”ilə bağlı olmayan bir “üçüncü qüvvəyə” ehtiyac artır.

Məzkur tələbat hələlik boş qalır. Gənclər təşəbbüsləri, vətəndaşcəmiyyəti fəalları, xarizmatik merlər - hələ ki, birgə siyasiplatforma formalaşdırmayıblar. Sosioloji sorğular Paşinyanınreytinqinin azaldığını qeydə alır, lakin bu azalma alternativgüclərin artması ilə müşayiət olunmur.

Bu isə seçkiyə aşağı iştirak səviyyəsi və parçalanmışmüxalifətlə hazırkı baş nazirin yenidən hakimiyyətdə qalması ilənəticələnə bilər. Nəticə: tənəzzülün astanasında status-kvoErmənistanın 2025-ci ildəki siyasi mənzərəsi: hərəkət əvəzinədurğunluq Ermənistan 2026-cı ilin seçkiqabağı dövrünə siyasidurğunluq şəraitində daxil olur. Burada əsas siyasi aktorlar iflicvəziyyətindədir, institusional dinamika isə demək olar ki, yoxaçıxıb.

Elə təəssürat yaranır ki, ölkənin siyasi sistemi dəyişiklikgözləntisində donub, lakin heç kim bu dəyişiklikləri başlatmaqgücündə deyil. Şahmat taxtasına bənzər bir metafora vəziyyəti dəqiqtəsvir edir: bütün fiqurlar öz yerlərindədir, lakin heç birihəlledici gediş edə bilmir.

Nikol Paşinyan siyasi səhvlər yükünə, eləcə də ictimai etimadınazalmasına baxmayaraq, ölkəni idarə etməyə davam edir. Onun mənəvilider kimi legitimliyi sarsılıb, lakin inzibati aparat, parlamentnəzarəti və beynəlxalq tərəfdaşların dəstəyi hələlik onundavamlılığını təmin edir.

Paşinyan xarizmatik olmasa da sistemli operator kimi büdcədəntutmuş təhlükəsizliyə qədər əsas hakimiyyət rıçaqlarını effektivşəkildə nəzarətdə saxlayır və daxildə mümkün etiraz ocaqlarınıneytrallaşdırır. Ona qarşı tənqidlər getdikcə güclənir, xüsusiləerməni diasporasında, keçmiş hərbçilər və ziyalılar arasında.

Həmin tənqidlər siyasi təzyiqə çevrilmir, çünki müxalifətcəmiyyətə nə mənəvi liderlik, nə də institusional alternativ təqdimedə bilmir. Paradoks ondadır ki, Paşinyan hakimiyyətdə ictimaiəhval-ruhiyyənin nəticəsi olaraq yox, ona zidd şəkildə qalır.

Onun hakimiyyəti - boşluqda hakimiyyətdir, alternativlərinyoxluğunda mövcuddur.

Ermənistan müxalifəti üçqat tələyə düşüb.

Birincisi, o küçəni itirib - etiraz mexanizmləri ya tükənib, yada əhali tərəfindən emosional cavab doğurmur.

İkincisi, onun parlament resursu yoxdur - “Hayastan” və “Şərəfimvar” fraksiyalarının sayı hətta simvolik təzyiq üçün belə kifayətdeyil.

Üçüncüsü, müxalifət xarici aktorların dəstəyindən məhrumdur - nəQərb, nə də Rusiya indiki müxalifətçiləri etibarlı tərəfdaş kimigörür. Daxili koordinasiyanın olmaması, ambisiyalar uğrundamübarizə, köhnəlmiş simalar - bütün bunlar müxalifəti vətəndaşlarıngözündə problemin bir hissəsi kimi göstərir, onun həlli kimi yox.O, kapitulyasiya, korrupsiya və subyektivliyin itirilməsi barədədüzgün fikirlər səsləndirsə də, artıq ona inanmırlar. İnsanlar birvaxtlar onları yarı yolda qoyanların bayrağı altında yenidəntoparlanmağa hazır deyillər.

Ermənistanda cəmiyyət emosional tükənmə vəziyyətindədir. Davamlıböhranlardan, bitməyən müharibə və alçaldılmalardan, boş vədlər vədəyişən şüarlardan yorulmuş xalq özünəməxsus “psixoloji geriçəkilmə” yaşayır.

Getdikcə daha çox vətəndaş siyasətdən imtina edir - bu, onlarahər şeyin eyni gəlməsi ilə deyil, dəyişikliklərin mümkünlüyünəinamsızlıqla bağlıdır. Bu atmosferdə siyasi apatiya 2026-cı ilinəsas çağırışına çevrilir.

Seçkilərdə aşağı iştirak, gənclərin passivliyi, yeni ideyalarınvə simaların olmaması - bütün bunlar mövcud sistemin təkraristehsalına xidmət edir. Paşinyan seçkiləri ona görə udmaya bilərki, onu sevirlər, sadəcə onun rəqibləri cəmiyyətdə daha böyük qıcıqdoğururlar.

İnstitusional tənəzzül təhlükəsi bu cür inersiya xarakterlisabitlik siyasi durğunluğun ən təhlükəli formalarından biridir.Zahiri sabitlik fonunda alt qatda parçalanma prosesi gedir:seçkilərə etimad azalır, parlament formal təsisat səviyyəsinə enir,məhkəmə sistemi icra hakimiyyətinin nəzarətinə keçir, vətəndaşcəmiyyəti isə marginal vəziyyətə salınır.

Ermənistanda respublikaçı demokratiya artıq ideyaların rəqabətaləti yox, məzmunsuz institusional qabığa çevrilməkdədir. Əgər buproses dayandırılmasa - yeni gücün meydana çıxması, gündəminyenidən qurulması və ya siyasətdə nəsil dəyişikliyi baş verməsə -ölkəni uzunmüddətli institusional böhran gözləyir.

İki zidd nəticə mümkündür: ya icra hakimiyyətinin tamdominantlığı ilə parlamentarizmin simulyakraya çevrilməsi, ya daxarici şokla - yeni münaqişə, iqtisadi böhran və ya geosiyasisabitsizliklə - baş verəcək kəskin və ağrılı sosial partlayış.

Bu gün Ermənistanın əsas problemi Paşinyanın fiqurunda deyil. O,səbəb yox, simptomdur. Əsas səbəb siyasi elitanın ölkəni keçmişdeyil, gələcək ətrafında birləşdirəcək alternativ təqdim edəbilməməsindədir.

Ermənilərə yeni ictimai müqavilə, inkişaf strategiyası və mənəviçərçivə lazımdır. Bunsuz istənilən seçki sadəcə kozır olmayan birkart dəstində kartların mexaniki qaydada qarışdırılması olacaq.Gerçək transformasiya şansı yalnız o zaman doğacaq ki, siyasimeydanda yeni nəsil liderlər - gənc, korrupsiyaya bulaşmamış,xalqla illüziya deyil, realizm dilində danışmağı bacaran şəxslərmeydana çıxacaq.

O vaxta qədər Ermənistan dairəvi hərəkətlə böhranıtəkrarlayacaq: çünki yorğunluq norma, ümid isə anaxronizməçevrilib.

Seçilən
0
2
az.trend.az

3Mənbələr