Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqiq və sarsıdıcı zərbələr nəticəsində Hindistan Ordusu geri çəkilməyə məcbur olub və Çora kompleksi postunda ağ bayraq qaldıraraq təslim olub.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar rəsmi açıqlama verərək bildirib ki, düşmən məğlubiyyətini qəbul edərək təslim olmaq məcburiyyətində qalıb. Nazir əlavə edib ki, bu hadisə Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının, gücünün və milli təhlükəsizliyin qorunmasında göstərdiyi qətiyyətin bariz nümunəsidir.
Məlumata görə, Pakistan Ordusunun son günlərdə nəzarət xətti boyunca həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin bir neçə mövqeyi sıradan çıxarılıb, Hindistan tərəfi isə ciddi itkilər verib.
Bu hadisə Pakistan Ordusunun bölgədəki üstünlüyünü və strateji bacarığını bir daha sübut etmiş oldu.
Kənan
Milli.Az