AZ

Bayden Trampı tənqid edib və Putini quldur adlandırıb

“Ukrayna ərazilərinin Rusiyaya verilməsini nəzərdə tutan “müasir sakitləşdirmə” taktikası heç vaxt Moskvanı qane etməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden “BBC” telekanlıa müsahibəsi zamanı hazırki dövlət başçısı Donald Trampın Ukraynaya qarşı təzyiq siyasətini tənqid edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ölkəsinin bir hissəsi hesab edir və onun Ukraynada dayanacağını düşünən hər kəs sadəcə axmaqdır.

"Əgər bir diktatorun, quldurun ona aid olmayan böyük torpaq sahələrini alacağına qərar verməsinə icazə versək, bu, onu qane etməyəcək", - deyə siyasətçi vurğulayıb.

Bayden həmçinin Avropanın ABŞ-nin etibarına və Amerikanın liderliyinə inamını itirəcəyindən narahatlığını ifadə edib:

"Avropa liderləri özlərinə sual verirlər: Mən indi nə edim? Mən ABŞ-yə arxalana bilərəmmi?", - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr