AZ

“S&P”: Azərbaycan bank sektorunda islahatlar üzrə regionda aparıcı ölkələrdəndir

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Avropa, Yaxın Şərq və Afrikadakı (EMEA) inkişaf etməkdə olan bazarların (EMs) əksəriyyətinin böhran vəziyyətlərində bank tənzimləmə rejimlərinin tətbiqinə ehtiyatlı yanaşmanı qoruyub saxlayacaqlarını proqnozlaşdırır.

Bu barədə “Report” “S&P"yə istinadən xəbər verir.

Agentlik Azərbaycanın bank sektorunda həyata keçirilən uğurlu islahatları da qeyd edib.

"Azərbaycan və Qazaxıstan kimi ölkələr tənzimləmə və nəzarətin keyfiyyətini artırmaq üçün islahatlar həyata keçirir. Digər ölkələrdə bizim qiymətləndirmələrimizə şəffaflığın olmaması, qeyri-sabit institusional mühit və siyasi müdaxilə kimi amillər təsir edir. Buna görə də biz gözləyirik ki, hüquqi tənzimləmə mexanizmləri olmayan əksər ölkələrdə tənzimləyicilər bank böhranlarının aradan qaldırılması üçün müvəqqəti tədbirləri tətbiq etməyə davam edəcəklər", - hesabatda qeyd olunub.

Böhran vəziyyətlərinin tənzimlənməsi sistem əhəmiyyətli bankın öz maliyyə dayanıqlığını bərpa edə bilməyəcəyi, yəni ödəmə qabiliyyətini itirəcəyi halda görüləcək tədbirləri nəzərdə tutur. Bu mərhələdə tənzimləyicilər maliyyə qurumunu sabitləşdirmək və böhranın maliyyə sisteminin digər hissələrinə yayılması riskini minimuma endirmək üçün ən yaxşı yanaşmanı müəyyən edir, eyni zamanda həyat qabiliyyəti olmayan biznes seqmentlərini ləğv edirlər.

Məlumat yenilənir

Seçilən
0
report.az

1Mənbələr