Yəməndəki husilər İsrail döyüş təyyarələri tərəfindən bombardman edilən Səna Beynəlxalq Hava Limanında bütün uçuşların növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, husilərin nəzarətində olan Səna hava limanının direktoru Xalid əl-Şaif Husilərə məxsus əl-Məsirə televiziya kanalına deyib ki, İsrail hava limanını amansızcasına bombalayıb və böyük ziyan vurub.
İsrailin hücumlarına məruz qalan hava limanına dəyən ziyana görə bütün uçuşların yeni bir xəbərə qədər dayandırıldığını qeyd edən Şaif, "Düşmən İsrail, Səna hava limanını 2 növ yüksək dağıdıcı gücə malik raketlə bombaladı. Uçuş zolağı 4 raketlə hədəfə alındı" deyib.
İlkin hesablamaların Səna hava limanında maddi ziyanın 500 milyon dollar civarında olduğunu göstərdiyinə işarə edən Şaif, "Düşmən İsrail terminal binasındakı sərnişin salonlarını və bütün avadanlıqları yararsız hala saldı və logistika binasını da məhv etdi" deyib.
"Hücumlar nəticəsində Yəmən Hava Yollarına məxsus 3 sərnişin təyyarəsini itirdik, bir sərnişin təyyarəsi qalıb, o da İordaniyanın paytaxtı Omandadır. Səna hava limanının müvəqqəti fəaliyyət göstərməsinin alternativləri var, onu hazır vəziyyətə gətirmək və əvvəlki kimi istifadə etmək çox vaxta ehtiyac var".