AZ

"Barselona"nın gənc futbolçuları gələcəkdə dəfələrlə Çempionlar Liqasının qalibi olacaqlar"

"Barselona"nın qapıçısı Voyçex Şesni Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırıldıqdan sonra fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, polşalı futbolçu bu barədə jurnalistlərə açıqlama verib:

"Bu gün uduzduq və gənc futbolçularımız üçün bunu qəbul etmək çətin olacaq, lakin onların hər biri gələcəkdə Çempionlar Liqasını qazanmağa layiq olduqlarını sübut etdi. Bugünkü məğlubiyyətdən sonra həyat bitmir".

Qeyd edək ki, Kataloniya nəhənglərinin trebl xəyalları çərşənbə axşamı San Siroda sona çatıb: "İnter" 4:3 (ümumi hesabda 7:6) qalib gələrək ən nüfuzlu avrokubokların finalına yüksəldi.

Turnirin finalında "İnter" çərşənbə günü Parisdə keçiriləcək PSJ - "Arsenal" qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Seçilən
0
90deqiqe.az

1Mənbələr