Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Daxili İşlər Nazirliyinin Vaqarşapat şəhər polis idarəsində xüsusi əməliyyat keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 polis əməkdaşı saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, polis əməkdaşları cinayəti gizlətmək və bununla bağlı rəsmi sənədləri saxtalaşdırmaq ittihamı ilə saxlanılıblar.
İbtidai istintaqın maraqları baxımından digər təfərrüatlar açıqlanmır.