AZ

Pakistanda ölənlərin sayı 26 oldu: 46 yaralı 

Hindistanın Pakistana zərbələri nəticəsində bir gecədə 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Pakistan ordusunun komandanı Seyid Asim Munir məlumat verib. 

Bundan əvvəl Hindistanın hücumu zamanı 8 nəfərin öldüyü barədə məlumat yayılıb.

Pakistanın ordu komandanı bildirib ki, Hindistana müəyyən etdikləri vaxt, yerdə və seçdikləri vasitələrlə cavab verəcəklər.

Qeyd edək ki, ötən gecə Hindistan hərbçiləri Pakistan ərazisində yerləşən infrastruktura və İslamabadın nəzarətində olan Kəşmir bölgələrinə hava zərbələri endirib. Bunun ardınca Pakistan ordusu Hindistana cavab zərbəsi endirdiyini elan edib.

Mürtəza
Ölkə.az

Seçilən
0
olke.az

1Mənbələr