ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu öncəsi böyük açıqlama verəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, Tramp Ağ Evdə mətbuatın suallarını cavablandırıb.
O, açıqlama verəcəyi məsələnin nə olduğunu söyləməyib: "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə gedəcəyik. Bundan əvvəl isə çox böyük bir açıqlama verəcəm. Bunun nə olduğunu deməyəcəyəm, amma bu, çox müsbət bir açıqlama olacaq. Bu, bir çox illərin ən vacib açıqlamalarından biri olacaq".
Tramp Çin məsələsinə də toxunub. O, Çinin danışıqlar aparmaq istədiyini bəyan edib: "Çinlə ticarət etməməklə heç nə itirmirik. Onlar danışıqlar aparmaq istəyir və biz də onlarla lazımi anda görüşəcəyik. Hələ görüşməmişəm".
Tramp ticarət müqaviləsi ilə bağlı suala, "İstəsək, hazırda 25 müqavilə imzalaya bilərdik. Müqavilə bağlamaq məcburiyyətində deyilik. Onlar bizimlə müqavilə imzalamalıdırlar. Biz onların bazarına əhəmiyyət vermirik" cavabını verib.