AZ

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarə vurulub – . Pakistan Müdafiə Nazirliyi

Hindistanın Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb, daha 46 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” Pakistan silahlı qüvvələrinin sözçüsünə istinadən məlumat yayıb. O, Pakistan hakimiyyətinin Hindistana “vaxtında, yerində və seçdikləri vasitələrlə” cavab verəcəklərini vəd edib.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan ordusu aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistanla sərhəd bölgəsində antiterror əməliyyatı keçirib. Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb və döyüş təyyarələrini qaldırıb. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarə vurulub.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr