AZ

Heydər Əliyevin fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır

Bakı. Trend:

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşmasıüçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malikolmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksəktəşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisiilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinəmalik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlaryerinə yetirirlər. Bu statusa yiyələnmiş şəxslərin fəaliyyətininuniversallığı onunla şərtlənir ki, insan qruplarının, təşkilatlarınvə hərəkatların birgə fəaliyyətinin bütün növləri liderə ehtiyacduyur. Azərbaycanın çətin dönəmində bu ağır missiyanı öz üzərinəgötürən ümummili lider Heydər Əliyev olmuşdur. O, hər şeydən əvvəl,hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləriistiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqıntarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin,parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünütapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət,dünyanın görkəmli dövlət xadimlərindən biri, ulu öndər HeydərƏliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasireallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlalduyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsiniməhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrinsonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli birreallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını,demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini,daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycandövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadirtarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərliketdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət,müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevinsiyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğunabilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl millidövlət, müstəqil Azərbaycan Respublikasıdır. Böyük strateq HeydərƏliyev hələ hakimiyyətinin birinci mərhələsində milli təfəkkürümüzürepressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, millişüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyatakeçirmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevi rəhbər kimi başqalarındanfərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, onundövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlifictimai-siyasi sistemin keçmiş və bunların imkanlarından bacarıqlaistifadə edib hər bir dövrün ictimai-siyasi tələblərinə uyğunolaraq özünün bütün varlığını Azərbaycan Respublikasınınyüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş vəölkəmizin hərtərəfli tərəqqisini təmin etmişdir. Ümummilli lider1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimiKremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinəxidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşıayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaqilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejiminikəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinəgörə 1987-ci ildə SSRİ KP MK Siyasi Bürosunun üzvlüyündənuzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə dəAzərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərinəvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasiproseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinəreal zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətlidövlət xadimi Heydər Əliyevin də imza atdığı "AzərbaycanRespublikasının dövlət müstəqilliyinin bərpası haqqındaKonstitusiya aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyanedilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadəkölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamandaölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması,vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiyamühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlıvəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyətxilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidliçağırışına cavab verərək hakimiyyət gəlmiş, ölkədə ictimai-siyasisabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq vəazadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifiolmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin,prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsiolaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığaçevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinininkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yenimərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqinrəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalqsəsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilkKonstitusiyası ölkənin gələcək inkişaf prioritetlərinimüəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatınıdövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyadahakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanıntələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinəfundamental hüquqi zəmin yaradılmışdır. Bu mənada, Azərbaycandahakimiyyətin əsas mənbəyi kimi xalqı və əsas məqsədi kimi onunmaraqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqidövlətin mövcudluğunu şərtləndirir. Respublikamızda dövləthakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdəisə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəligələn müddəalarla məhdudlaşır.

Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmətedən mütərəqqi hüquqi-siyasi, hüquqi islahatları davam etdirməkləyanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasətxətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim ucatutmuşdur. Son 15 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqlahəyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqamətimüstəqil və güclü dövlət modelinin praktik surətdəreallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalaraistinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferinimüəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarlamünasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlükvermişdir. Ulu öndər Heydər Əliyev möhkəm təməllər üzərində əsasınıqoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmışstrateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanınbeynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilliproblemlərinin həllinə yönəlmişdir. Ulu öndər Heydər Əliyevtərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasətnəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsindəgeostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edənproseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedənmübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqilAzərbaycan Cənubi Qafqazın güc dövlətinə çevrilmiş, ölkəmizinregionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakıtəmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanınxarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalqtəşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasiperspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevinxarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalqmiqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milliməqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatikməharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü vəgələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütünbunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevinəsasını qoyduğu unikal liderlik institutunu və dövlətçiliksistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadimaraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələnfəlsəfi dünyagörüşü kimi qəbul edir. Ulu öndərin müəyyən etdiyistrategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlhamƏliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdənkeçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu birdaha aydın görünür. Reallığı düzgün qiymətləndirmək bacarığı,praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı,xalqına, millətinə, Vətəninə sevgisi, ziyalılığı, qətiyyətliliyi,məqsədə doğru inamla irəliləməsi Prezident İlham Əliyevə xalqınrəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixindəPrezident İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətinibir daha ortaya qoyur. Bu səbəbdən də, dövlət başçısı İlhamƏliyevin pozitiv siyasi obrazının mahiyyətini ictimai rəyin adekvatmünasibətində axtarmaq lazımdır. Prezident İlham Əliyev həm dəmüasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəligələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasiliderdir.

Ümummilli lider Heydər Əliyevin alternativi olmayan daxili vəxarici siyasətinin, strateji və siyasi xəttini görkəmli şəxsiyyət,dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davametdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edənölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imiciqazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir,Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdəsabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimiolduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilənölkələrdən biri olduğunu qeyd edən Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev bildirib ki, “Azərbaycan öz yolunasadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq vəçalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olanrisklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix vəətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yolyeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişafyoludur”.

Göründüyü kimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş böyükdövlət xadimi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycanəmin əllərdədir və ulu öndərin mütərəqqi ideyalarını hər zamanrəhbər tutan cənab Prezident İlham Əliyevin həyata keçirdiyimükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha daqüdrətlənir.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycanmilləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət HeydərƏliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbiləninsanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zamanehtiramla anılacaqdır.

Milli Məclisin deputatı

Şahin Seyidzadə

Seçilən
0
az.trend.az

1Mənbələr