AZ

Məşhur futbolçu restoranı sərxoş halda tərk edib – VİDEO

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Madriddə restorandan sərxoş halda çıxarkən görüntülənib.

Msport.az xəbər verir ki, ikiqat dünya çempionunun videosu onun sahibi və prezidenti olduğu “Valyadolid”dəki problemlər fonunda yayılıb. Ronaldonun videosu ortaya çıxandan sonra fanatlar əfsanəvi futbolçuya daha da qəzəblənib və klubun sahibinin dəyişdirilməsinin vacibliyini qeyd ediblər.

Klub mayın 3-də “Barselona”ya uduzaraq (1:2) 100 illik fəaliyyətində ilk dəfə ardıcıl səkkiz matçda meydanı məğlub tərk edib. Mövsümü sonuncu yerdə başa vuracağı dəqiqləşən klub Sequndaya düşüb.

Ronaldo 2018-ci ilin sentyabrında “Valyadolid”in sahibi olub. Onun rəhbərliyi altında komanda üçüncü dəfə La Liqanı tərk edir.

https://www.youtube.com/shorts/xVMxaH3_3Vw

Seçilən
0
msport.az

1Mənbələr