AZ

Lavrov Ermənistana hazırlaşır: İrəvan Moskva ilə anlaşacaq?

“Lavrovun Ermənistan səfəri Rusiyanın post-sovet məkanına dönüşü prosesinin bir hissəsi kimi qiymətləndirilə bilər”.

Bunu Bakıvaxtı.az-a analitik Asif Nərimannlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana gözlənilən səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, son üç ildə - 2022-ci ildə Ukraynada müharibənin başlanmasından sonra Rusiyanın mövqeləri müəyyən qədər zəifləyib. O qeyd edib ki, bu itkilər ən çox Ermənistanda müşahidə edilir.

Analitik hesab edir ki, Moskva Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə iki səbəbə görə loyal yanaşırdı:

“Birincisi, Ukrayna müharibəsinə fokuslandığı vaxt Ermənistana təzyiq etməklə Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə əsas vermək istəmirdi.

İkincisi, Rusiya Ermənistandan sanksiyalardan yayınmaq üçün platforma kimi istifadə edirdi. Son üç ildə Ermənistan-Rusiya ticarət dövriyyəsinin fantastik həddə çatması da bundan qaynaqlanır”.

Asif Nərimanlı: Moskva Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə iki səbəbə görə loyal yanaşır

Lakin artıq situasiya dəyişməyə başlayıb. Belə ki, Tramp Administrasiyasının loyal münasibəti Qərbdə anti-Rusiya cəbhəsini parçalayıb, Vaşinqton və Moskva Ukrayna məsələsi də daxil olmaqla geosiyasi müstəvidə bir çox məsələni dialoq yolu ilə həll etmək istiqamətində işləyir:

“Bu, Rusiyanın beynəlxalq təcriddən çıxmaq və diqqətini yenidən post-sovet məkanına yönəltmək perspektivi vəd edir. İlk hədəf kimi Ermənistanın seçilməsi də qeyd etdiyim kimi, həm Paşinyan hakimiyyətinin Moskvaya qarşı atdığı addımlardır, həm də Rusiyanın burada daha çox itki verməsidir. Fikrimcə, Lavrov İrəvanda indiyə qədər baş verən problemləri müzakirə etmək və Ermənistan hakimiyyəti ilə anlaşmaq üzərində işləyəcək, xüsusilə Paşinyan hakimiyyətinin KTMT-yə münasibətininm dəyişdirilməsi, Avropa İttifaqı ilə münasibətlərdə məsafə saxlaması kimi məsələlər prioritet ola bilər”.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində Rusiyadan ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə qarşı çoxlu ittihamlar gəldiyini bildirib:

“Lakin biz Rusiya xarici işlər nazirinin səfərinə, eləcə də Federasiya Şurası sədrinin səfərinə hazırlaşırıq. Səhv etmirəmsə, səfər iyunun 5-6-da baş tutacaq".

Aydın Baxış

Seçilən
0
bakivaxti.az

1Mənbələr