“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 34-cü turunda “Neftçi”ni qəbul edəcək.
Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanın biletləri satışa çıxarılıb.
Azarkeşlər biletləri bu gündən etibarən arenanın kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilər. Biletlərin qiyməti 2 manatdır. Həmçinin məhdud sayda 5 manatlıq VİP bilet də var.
Qeyd edək ki, mayın 10-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlayacaq.