Bakı, 7 may, AZƏRTAC
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Pakistana çoxsaylı zərbələr endirməsindən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press of Pakistan-APP” məlumat yayıb. Bildirilib ki, yüksək mülki və hərbi rəhbərliyin iştirak etdiyi iclasa rəhbərlik edən Baş nazir Hindistanın Pakistanda qorxaqcasına hücumlar həyata keçirdiyini və tətbiq edilən bu müharibə aktına layiqli cavab verməyə hazır olduğunu bildirib.
Baş nazir bütün xalqın yüksək əhvali-ruhiyyə ilə ölkənin silahlı qüvvələrinin yanında olduğunu söyləyib.