AZ

Dünyanın ən güclü orduları açıqlandı - Türkiyə və Azərbaycan orduları neçəncidir?

Dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu “Global Firepower” təşkilatı 2025-ci il üçün hərbi güc sıralamasını açıqlayıb...

Siyahıda 145 ölkənin ordusu 60-dan çox göstərici – hərbi texnika, insan resursları, maliyyə imkanları və coğrafi üstünlüklər əsasında qiymətləndirilib.

ABŞ, Rusiya və Çin ilk üçlükdədir, Türkiyə isə 9-cu yerdə qərarlaşaraq regionda güclü hərbi mövqeyini qoruyub.

Azərbaycan Ordusu bu ilki reytinqdə 60-cı yerə yüksəlib. Ölkənin hərbi güc göstəricisi olan PowerIndex (PwrIndx) əmsalı 1.2531 olaraq qeyd edilib. Bu göstərici nə qədər aşağıdırsa, ölkənin hərbi gücü bir o qədər yüksək sayılır.

Bu nəticə Azərbaycan Silahlı Qüvvələrinin regiondakı güc balansında önəmli aktora çevrildiyini və son illərdə həyata keçirilən hərbi islahatların öz bəhrəsini verdiyini göstərir.

Reytinqin əsas meyarları bunlardır:

Aktiv və ehtiyat hərbi personalın sayı

• Tank, döyüş təyyarəsi və gəmilərin sayı

• Müdafiə büdcəsi və sənaye imkanları

• Logistika və coğrafi mövqe

Qeyd edək ki, reytinqdə nüvə silahları nəzərə alınmır – yalnız konvensional hərbi güc dəyərləndirilir. (musavat.com)

İlk 10-luqdakı ordular isə bunlardır:

1. ABŞ – 0.0744

2. Rusiya – 0.0788

3. Çin – 0.0788

4. Hindistan – 0.1184

5. Cənubi Koreya – 0.1656

6. Birləşmiş Krallıq – 0.1785

7. Fransa – 0.1878

8. Yaponiya – 0.1839

9. Türkiyə – 0.1902

10. İtaliya – 0.2164

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr