AZ

Sabahdan CineMastercard kinoteatrlarında “Baldız” türk komediyası nümayiş olunacaq

Sabahdan yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində rejissor Hamdi Alkanın təqdim etdiyi “Baldız” türk komediyasının nümayişi başlayır.

"Report" xəbər verir ki, filmdə Oya Başar, Asuman Dabak, Ayşegül Asar, Pedro Karami, Damla Aslanalp və Emel Müftüoğlu kimi canlandıran obrazlar tamaşaçıları laqeyd qoymayacaq.

Ekran işinin məzmununa gəlincə, parlaq xarakterlər və gülməli süjetlərlə dolu bir komediya: bir tərəfdə həm sevimli, həm də qısqanc bir bacı, digər tərəfdə isə sevgi uğrunda hər şeyə hazır olan kiçik bacı və onların arasında qalan çarəsiz bir kürəkən. Bu ailəvi qarşıdurmadan kim qalib çıxacaq?

Filmin yaş həddi 18+ təyin olunub.

Seçilən
0
4
report.az

5Mənbələr