Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Afanasi İvannikov” yeni minaaxtaran gəmisi Şimal donanmasına göndəriləcək.
Herbiand.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya HDQ-dəki mənbələrə istinadən məlumat yayıb.
Gəmidə Andreyev bayrağının təntənəli şəkildə qaldırılması bu gün, mayın 7-də Baltiyskaya sahilində baş tutacaq. Mina tarama gəmisinin əsas xüsusiyyətlərindən biri onun təkcə suda deyil, həm də dənizin dibində tapıla bilən ağıllı minalarla mübarizə qabiliyyəti olacaq.
1-ci dərəcəli kapitan Vasili Dandıkin Şimal donanmasının belə gəmilərə böyük ehtiyacı olduğunu qeyd edib.
Bəxtiyar CƏFƏRLİ