AZ

Gəray Qiyasov: "Kəpəz"ə yeni sponsor yox, yeni rəhbərlik gəlir.

BAKI. 7 may. TELEQRAF

"Kəpəz"ə yeni sponsor yox, yeni rəhbərlik gəlir.

Bu barədə Teleqraf-a klubun Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov açıqlama verib.

Onun sözlərinə görə, yeni rəhbərliklə əlaqədar açıqlama yaxın günlərdə olacaq: "Bu, yeni sponsor deyil, konkret yeni rəhbərlikdir. İdarəçilik dəyişir".

Qiyasov klubun ofisinin Bakıda olacağını da əlavə edib: "Rəhbərlik olaraq, "Kəpəz"in öz meydanındakı oyunları ərəfəsində səfərə çıxacaq, qalan günlərdə isə paytaxtda fəaliyyət göstərəcəyik".

Seçilən
0
teleqraf.com

1Mənbələr