AZ

Mədəni və yaradıcı sənaye sahələrinə aid peşələrin siyahısı təsdiqləndi

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI

 

Sıra

№-si

Mədəni və yaradıcı sənaye (MYS) sahələri

İFNT

üzrə kodu

 

İqtisadi fəaliyyət növünün* adı

1.

 

Mədəni irs

91020

Muzeylərin fəaliyyəti

91030

Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət

2.

Arxiv və kitabxanalar

91010

Kitabxana və arxivlərin fəaliyyəti

3.

Kitablar, nəşriyyat və mətbuat

18110

Qəzetlərin çap edilməsi

18121

Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi

18130

Çap işlərinin hazırlanması

18140

Cildləmə və bəzək işləri

47610

İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı

47620

İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı

58110

Kitab nəşri

58130

Qəzet nəşri

58140

Jurnal və dövri nəşrlərin dərc edilməsi

63910

Məlumat agentliklərinin fəaliyyəti

74300

Tərcümə üzrə xidmətlər (yazılı və şifahi)

4.

Təsviri sənətlər

74100

İxtisaslaşdırılmış dizayn fəaliyyəti

74200

Fotoqrafiya sahəsində fəaliyyət

90030

İncəsənətin sair sahələri üzrə fəaliyyət

5.

İfa sənətləri

32200

Musiqi alətlərinin istehsalı

90010

Səhnə sənəti

90020

Səhnə sənəti sahəsində yardımçı fəaliyyət

90040

Teatr və konsert zallarının fəaliyyəti

6.

Audiovizual fəaliyyət və multimedia

18201

Səs yazılarının surətinin çıxarılması

18202

Videoyazıların surətinin çıxarılması

18203

Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması

47630

İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı

58210

Kompüter oyunlarının nəşri

59110

Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət

 

2

 

 

 

59120

Kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra

fəaliyyət (yığılması)

59130

Kinofilmlərin, video və televiziya proqramlarının yayımı ilə əlaqədar fəaliyyət

59140

Kinofilmlərin nümayişi ilə əlaqədar fəaliyyət

59200

Səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət

60100

Radioverilişlərin translyasiya edilməsi

60200

Televiziya proqramlarının tərtib edilməsi və televerilişlərin translyasiya edilməsi

77220

Videolentlərin və disklərin kirayəsi

7.

Memarlıq

71111

Memarlıq sahəsində fəaliyyət

8.

Reklam işi

73110

Reklam agentliklərinin fəaliyyəti

9.

Əl işləri sənətkarlığı

32120

Zərgərlik məmulatlarının istehsalı

10.

Mədəniyyət sahəsi üzrə təhsil

85520

Mədəniyyət sahəsində təhsil fəaliyyəti

* Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.

Qeyd. Bu siyahıdan əsas fəaliyyəti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən hüquqi və fiziki şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) SİYAHISI

MT üzrə kod

Peşələrin (vəzifələrin) adı*

2161

Tikinti üzrə memarlar

2162

Mənzərə üzrə memarlar

2163

Məhsul və geyim üzrə dizaynerlər

2164

Şəhərsalanlar və nəqliyyat qovşaqlarının layihəçiləri

2165

Kartoqraflar və topoqraflar

2166

Rəssam-tərtibatçılar və multimedia dizaynerləri

2353

Sair dil müəllimləri

2354

Sair musiqi müəllimləri

2355

Sair incəsənət müəllimləri

2621

Arxivçilər və muzey mühafizəçiləri

2622

Kitabxanaçılar və informasiya ilə əlaqədar bir-birinə yaxın peşələrin peşəkar mütəxəssisləri

2641

Yazıçılar

2642

Jurnalistlər

2643

Yazılı və şifahi tərcüməçilər

2651

Təsviri incəsənət ustaları

2652

Bəstəkarlar, musiqiçilər və müğənnilər

2653

Xoreoqraflar və rəqqaslar

2654

Kino, teatr rejissorları və bunlara yaxın incəsənət xadimləri

2655

Aktyorlar

2656

Radio, televiziya diktorları və sair diktorlar

2659

Digər ibtidai qruplara daxil olmayan incəsənət xadimləri

3431

Fotoqraflar

3432

Tərtibatçılar və dizaynerlər

3433

Teatr, muzey və kitabxanalarda köməkçi heyət

3435

Mədəniyyət və incəsənət sahəsində sair köməkçi heyət

3521

Audiovizual və radio, televiziya verilişləri üçün aparatların operatorları

4411

Kitabxana işçiləri

7312

Musiqi alətlərini hazırlayanlar və sazlayanlar

7313

Zərgərlik bəzək əşyalarının və qiymətli metallardan məmulatların hazırlanması üzrə ustalar

7314

Dulusçular və oxşar peşə fəhlələri

7315

Şüşəni formaya salanlar, taraşlayıcılar, cilalayıcılar və pardaqlayıcılar

7316

Dekorasiya rəssamları, oymaçılar və s.

2

7317

Ağacdan və hörmə materiallardan nəfis məmulatlar hazırlayanlar

7318

Parça, gön və oxşar materiallardan bədii məmulat hazırlayanlar

7319

Digər ibtidai qruplara daxil edilməyən nəfis məmulatlar hazırlayanlar

*Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı “Məşğulluq Təsnifatı”na (AZT041-2010) uyğun olaraq verilmişdir.

Seçilən
0
1
cebheinfo.az

4Mənbələr