Pakistan İslam Respublikasının müdafiə naziri Xavaca Asif bildirib ki, Nyu Dehli də buna razılıq verərsə, Pakistan Hindistanla hərbi münaqişəni dayandırmağa hazırdır. Asif Bloomberg TV-yə müsahibəsində bildirib ki,"Son iki həftə ərzində ardıcıl olaraq bəyan etmişik ki, heç vaxt Hindistana qarşı düşmənçilik hərəkəti etməyəcəyik. Amma bizə hücum edilərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, mütləq bu gərginliyə son qoyacağıq". Mayın 7-nə keçən gecə Hindistan Pakistanda “terror infrastrukturuna” qarşı yönəlmiş Sindoor əməliyyatına başladığını elan etdi.
Bu, aprelin 22-də Cammu və Kəşmirin ittifaq ərazisinin Anantnaq təpəsindəki Pahalqam şəhərində silahlı yaraqlıların turistlərə hücumuna cavab idi.. Hücuma görə məsuliyyəti “Ləşkəri-Taibə”nin qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Hindistan Sindoor əməliyyatı çərçivəsində Kəşmirin İslamabadın nəzarətində olan hissəsində - Bahavalpur, Kotli, Sialkot, Muridke, Müzəffərabad və digər şəhərlərdəki "terror düşərgələrinə" zərbələr endirdiyini iddia edir. Hindustan Times-ın məlumatına görə, düşərgələrin bəzilərində “Ceyş-i-Məhəmməd” və “Ləşkər-e-Taibə” islamçı terror qruplaşmalarının qərargahları və təlim mərkəzləri yerləşir. Qəzet iddia edir ki, Naroval rayonundakı düşərgələrdən biri Hindistan ərazisinə silah, sursat və narkotik atmaq üçün istifadə edilən pilotsuz təyyarələr üçün baza rolunu oynayır. Ümumilikdə 12 terrorçu öldürülüb, daha 55-i yaralanıb. Yeni Dehli Pakistanın heç bir hərbi obyektinə hücum edilmədiyini və hərəkətlərin eskalasiya xarakteri daşımadığını vurğulayıb. Lakin Pakistan Hindistanın zərbələrini müharibə aktı hesab edib. İslamabad bildirib ki, Yeni Dehlinin hücumu nəticəsində azı səkkiz dinc sakin ölüb, 35 nəfər yaralanıb. Buna cavab olaraq Pakistan Hindistandakı hərbi obyektlərə “həm havadan, həm də yerdən” zərbələr endirib. PakistanMüdafiə Nazirliyiikisi Fransa istehsalı olan “Rafale” də daxil olmaqla beş Hindistan qırıcısının məhv edildiyini açıqlayıb. Həmçinin, Samaa telekanalının məlumatına görə, Pakistan Hindistan silahlı qüvvələrinin briqadasının qərargahını vurub. Bunun ardınca Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tararın sözlərinə görə, Hindistan əsgərləri Kəşmirdə Nəzarət Xəttindəki Chora kompleksi də daxil olmaqla bir neçə bölgədə ağ bayraq qaldırıb. Hindistan bu məlumatı təsdiqləməyib.
Surxay Əliyev