AZ

Hindistanlı diplomat Pakistan XİN-ə çağırıldı

Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Gitika Srivastava Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Dawn” yayıb. 

Hindistanlı diplomat bu gecə iki ölkə arasında yaranan gərginlik fonunda nazirliyə çağırılıb. 

Pakistan XİN qeyd edib ki, Hindistanın ölkə ərazisinə zərbə endirməsi Pakistan suverenliyinin pozulmasıdır.

Həmçinin bildirilib ki, Hindistanın zərbələri BMT Nizamnaməsini və beynəlxalq hüququ pozur, regional sülh və sabitliyə təhdid doğurur.

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr