Moskvadakı Qırmızı Meydanda Qələbə paradının baş məşqi başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Qırmızı Meydanda və ona bitişik küçələrdə bütün mobil operatorların məlumat ötürülməsi xidməti işləmir.
Qeyd edək ki, Ukraynanın Rusiya paytaxtını intensiv şəkildə kütləvi dron hücumuna məruz qoyması səbəbi ilə Moskvada mobil operatorun fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Şəhərin bir çox hissələrində mobil şəbəkə işləmir. Vətəndaşlara “Wi-Fi” şəbəkəsindən istifadə etmək tövsiyə olunur.