"Nyu-Dehli buna razılıq verərsə, Pakistan Hindistanla hərbi münaqişəni dayandırmağa hazırdır".
"Unikal" xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Bloomberg TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Hindistan geri çəkilsə, bu müharibə sona çatacaq:
"Son iki həftə ərzində ardıcıl olaraq bəyan etmişik ki, heç vaxt Hindistana qarşı düşmənçilik hərəkəti etməyəcəyik. Amma bizə hücum edilərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, mütləq bu gərginliyə son qoyacağıq".
Mayın 7-nə keçən gecə Hindistan Pakistanda “terror infrastrukturuna” qarşı yönəlmiş "Sindoor" əməliyyatına başladığını elan edib.
Gülayə Mecid