Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-mart aylarında ölkədən 33,7 milyon ABŞ dolları dəyərində 29,3 min tonadək ilkin formalarda etilen polimerləri ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,7 faiz, həcm baxımından isə 9 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən 691 milyon dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə etilen polimerləri ixracının xüsusi çəkisi 4,88 faizə bərabər olub.