Bakı. Trend:
Yağan intensiv yağışlar nəticəsində dağlıq relyefdə formalaşandaşlı-çınqıllı palçıq kütləsi ötən gün Bakı-Şamaxı-Yevlax avtomobilyolunun 80-89-cu kilometrliyində hərəkət hissəsinə dolaraqnəqliyyatın hərəkətini mümkünsüz edib.
Trend bubarədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.
Ərazidə xidmət aparan YPX Alayının III taqımının əməkdaşlarıtərəfindən dərhal zəruri təhlükəsizlik tədbirləri görülüb,istiqamət dəyişdirilməklə nəqliyyatın hərəkətində fasiləsizliktəmin edilib.
Aidiyyəti qurum tərəfindən aparılan təmizlik işlərindən sonrahərəkətin təşkilində edilən dəyişiklik aradan qaldırılıb və hazırdasözügedən yolda nəqliyyatın maneəsiz hərəkəti tam bərpa olunub.