AZ

Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb

Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, gecə saatlarında Hindistan Pakistan ərazisini, həmçinin Azad Cammu və Kəşmiri atəşə tutub. Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakin həlak olub və yaralanıb.

"Bildirilib ki, Hindistanın açıq-aşkar təcavüz aktı Pakistanın suverenliyinin açıq şəkildə pozulmasıdır. Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və dövlətlərarası münasibətləri tənzimləyən müəyyən edilmiş normalara ziddir", - deyə məlumatda qeyd olunur.

Xəbər 1 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr