AZ

26-nın lideri, 13-nün ordusu

Kreml 9 May Qələbə Günündə iştirak etməyi planlaşdıran ölkələrin siyahısını açıqlayıb. “The Moscow Times” xəbər verir ki, paradda 13 ölkədən hərbçilərin iştirakı gözlənilir.

Paradda Azərbaycan, Belarus, Çin, Misir, Laos, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan, Özbəkistan və Vyetnamın hərbi hissələri də yürüş edəcək.

Qələbə günündə aşağıdakı ölkələrin liderləri iştirak edəcəklər: Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Efiopiya, Ekvatorial Qvineya, Ermənistan, Çin, Konqo, Kuba, Misir, Qvineya-Bisau, Qazaxıstan, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Tacikistan, Tacikistan, Slovakiya, Türkmənistan Vyetnam və Zimbabve.

Paradda iştirak edənlər arasında Şimali Koreya və Rusiyanın nəzarətində olan Abxaziya və Cənubi Osetiyadan olan nümayəndələr, həmçinin 31 ölkənin müdafiə nazirləri də olacaq.

***

Hər il mayın 9-da Rusiyada İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə möhtəşəm hərbi parad keçirilir. Keçən il tədbirdə cəmi 9 xarici lider iştirak etmişdi.

Ukrayna və əksər Avropa ölkələri Qələbə Gününü mayın 8-də qeyd edirlər.

Ukrayna Rusiyanın qeyd etmələrinə qarşı çıxmaq üçün mayın 9-da Avropa Birliyinin (AB) yüksək səviyyəli liderlərini və rəsmilərini Kiyevə dəvət edib.

AB-nin baş diplomatı Kaja Kallas aprelin 15-də birliyə üzv ölkələrin liderlərinə Rusiyanın Moskvada keçiriləcək Qələbə bayramına qatılmamaları barədə xəbərdarlıq edib.

Seçilən
0
vaxt.az

1Mənbələr