AZ

Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad keçirilir

Astana, 7 may, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı hərbi parad keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirə 4 mindən çox hərbi qulluqçu, 200-dən artıq hərbi texnika, o cümlədən 66 təyyarə və helikopter cəlb olunub.

Paradda ən yeni silahlar, təkmilləşdirilmiş zirehli transportyorlar, hava hücumundan müdafiə sistemləri, müasir kəşfiyyat və zərbə vuran pilotsuz sistemlər, həmçinin modern hərbi-nəqliyyat təyyarəsi “Airbus A400M” nümayiş etdirilir.

Qazaxıstanın müharibə və Silahlı Qüvvələrinin veteranları, arxa cəbhə zəhmətkeşləri, ordunun ən yaxşı hissələri, fəxri qarovul dəstələri, eləcə də digər qoşun və hərbi birləşmələr, o cümlədən hüquq-mühafizə orqanlarının şəxsi heyəti də parada dəvət olunub.

Bayram tədbirləri şəhər boyu LED ekranlarda, eləcə də ölkə telekanalları vasitəsilə canlı yayımlanır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
1
azertag.az

2Mənbələr