Rusiya paytaxtının bir sıra hava limanlarında təyyarələrin uçuş və enişlərinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Jukovski, Vnukovo, Domodedovo, Kaluqa, Nijni Novqorod və bir çox başqa şəhərlərinin hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyindən Bakıdan da daxil olmaqla Moskvaya uçan 9 təyyarə Saratovdakı ehtiyat aerodromuna yönləndirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Saratov hava limanından bildirilib.