AZ

Yamal “İnter”ə məğlubiyyətdən sonra paylaşım etdi: Bu sözləri yazdı

“Barselona”nın əsas ulduzu Lamin Yamal “İnter”ə 3:4 hesablı məğlubiyyətdən və Çempionlar Liqasında mübarizədən kənar qaldıqdan sonra sosial şəbəkədə paylaşım edib.

Publika.az xəbər verir ki, o, azarkeşlərə söz verib və çağırış edib:

“Oyunda hər şeyimizi verdik. Bu il alınmadı, amma qayıdacağıq, buna şübhə etməyin. Bu klub layiq olduğu ən yüksək səviyyəyə çatmayana qədər dayanmayacağıq. Mən söz verdiyim kimi bu kuboku Barselonaya gətirəcəyəm. Onu əldə edənə qədər dayanmayacağıq. Amma qarşıda bizi bazar günü daha bir final gözləyir və hamımız bir olmalıyıq. İrəli, Barselona!”

Qeyd edək ki, “Barselona” mayın 11-də La Liqa çərçivəsində “Real”ı qəbul edəcək.

Seçilən
0
1
publika.az

2Mənbələr