AZ

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində imzalanan müqavilələr əməkdaşlıqda yeni səhifə açır

Bakı. Trend:

Pekində Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsindəimzalanan müqavilələr əməkdaşlıqda yeni səhifə açır.

Çin şirkətləri irimiqyaslı günəş və külək elektrikstansiyalarının tikintisində iştirak edib. 2023-cü ildə istismaraverilən “Qaradağ” Günəş Elektrik Stansiyasının panelləri Çinin“LONGi” şirkətinin, eyni zamanda hazırda tikintisi davam edən“Xızı-Abşeron” Külək Elektrik Stansiyasında quraşdırılan küləkturbinləri “Envision Energy” şirkətinin istehsalıdır.

Həmçinin qeyd edim ki, Azərbaycanın ilk bərpa olunan enerjihərracında qalib gələn Çinin “Universal International HoldingsLimited” şirkəti 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasılayihəsini həyata keçirəcək. Artıq bununla bağlı AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəriçərçivəsində Azərbaycan Respublikasının Hökuməti və “UniversalSolar Azerbaijan” MMC arasında stansiyanın tikintisini vəistismarını nəzərdə tutan İnvestisiya Müqaviləsi imzalanıb. Növbətimərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücüşəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cıildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən180 milyon kilovat-saat elektrik enerjisi istehsalıproqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbiiqaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını86 min ton azaltmağa imkan verəcək.

Bundan əlavə, “PowerChina Resources Limited” şirkəti ilə 160 MVtgücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi,inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsiimzalanmışdır. Layihə, həmçinin gələcəkdə batareya enerji saxlancsisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ciildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən332 milyon kilovat-saat elektrik enerjisi istehsalıproqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbiiqaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160min ton azaldılması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinəsəfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dairümumilikdə 6 sənəd imzalanıb. Bu müqavilələrlə Çinin “China EnergyOverseas Investment Co. Ltd.”, “China Datang Overseas InvestmentCo. Ltd” və “PowerChina Resources Limited” şirkətləri Azərbaycanınyaşıl enerji layihələrinə investisiya yatıraraq inkişaf etdirəcək.Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları,100 MVt üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareyaenerji saxlanc sistemi, dənizdə minimum 2 GVt gücündə küləkelektrik stansiyasının inşası, daha 2 GVt gücündə külək enerjisilayihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrikenerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Çin şirkətləri ilə əməkdaşlıqlar Azərbaycanda bərpa olunanenerji mənbələri üzrə qoyuluş gücünün və enerji istehsalınınartımına, eyni zamanda 2030-cu ilə qədər ölkənin ümumi enerjibalansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizəçatdırılması hədəfinə mühüm töhfə verəcək.

Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırmaşöbəsinin böyük məsləhətçisi
Cavid Babayev

Seçilən
0
az.trend.az

1Mənbələr