AZ

Mərkəzi Bank sədrinin müşaviri vəzifəsindən ayrılıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinə müşaviri Ziya Zəfər oğlu Əliyev bu vəzifəyə ayrılıb.

Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, o, 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.

2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.

2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləmişdir.

2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.

2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2013-cü ilin yanvar ayından 2025-cü ilin fevral ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.

2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.
Ailəlidir, 2 övladı var.

Seçilən
0
valyuta.az

1Mənbələr