AZ

Çempionlar Liqasında bu gün son finalçı bəlli olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, Fransa çempionu PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi “Arsenal”ı bu dəfə doğma meydanda qəbul edəcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İtaliya “İnter”i İspaniya nəhəngi “Barselona”nı iki oyunun nəticəsinə əsasən 7:6 hesabıyla üstələyərək finala vəsiqəni təmin edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında cari mövsümün final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
7 may

23:00. PSJ (Fransa) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:0.

Seçilən
0
arena.az

1Mənbələr