AZ

Sabirabadda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir kİ, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.

Seçilən
0
6
unikal.az

10Mənbələr