AZ

Almaniyanın yeni kansleri bu şəxs OLDU

Vətəninfo.az  xəbər verir ki, Almaniya Bundestaqında Xristian Demokrat İttifaqının lideri Fridrix Merz Almaniyanın yeni kansleri kimi and içib. “Bütün enerjimi alman xalqının rifahına, onun sərvətinin artırılmasına, onlara zərərin qarşısını almağa, Əsas Qanunu və Federasiya qanunlarını qorumağa və müdafiə etməyə, öz vəzifələrimi vicdanla yerinə yetirməyə və hamıya ədalət göstərməyə and içirəm”. “Allah mənə kömək olsun” dedi Merz.

Bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer Fridrix Mersi Almaniyanın yeni kansleri təyin edib. Xatırladaq ki, Bundestaq ikinci cəhddə səs çoxluğu ilə Xristian Demokrat Partiyasının lideri Fridrix Mersi Almaniya kansleri seçib. 325 deputat onun lehinə səs verib, qələbə üçün 316 səsin mütləq çoxluğu lazım idi. 289 deputat onun təyinatının əleyhinə çıxıb.

 

Seçilən
0
veteninfo.az

1Mənbələr