AZ

Ölümcül xəstə olan Selin Dion 37 ildən sonra Eurovision-a qayıda bilər

Müğənni Selin Dion İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu Eurovision Mahnı Müsabiqəsində çıxış etmək üçün danışıqlar aparır...

Poliqon bu barədə The Sun-a istinadən xəbər verir.

Eurovision-un icraçı prodüserləri Reto Peritz və Moritz Stadler onun ifasını sənətçinin komandası ilə müzakirə etdiklərini, lakin Dionun səhhəti ilə bağlı hələ də sual altında olduğunu təsdiqləyiblər.

"Şoudan bir neçə həftə əvvəl onun özünü kifayət qədər sağlam hiss edib-etmədiyini bilməyəcəyik", deyə o, bildirib.

"Ramuzyka" Telegram kanalı qeyd edir ki, şayiələrə görə, Dion artıq Eurovision arenasında orkestrlə məşqlər keçirib.

Selin Dion sonuncu dəfə 37 il əvvəl - 1988-ci ildə "Ne partez pas sans moi" mahnısı ilə müsabiqənin qalibi olduğu zaman Eurovision səhnəsinə çıxıb. Ehtimal olunur ki, bu, sənətçinin qarşıdakı müsabiqədə ifa edəcəyi bəstədir.

2022-ci ilin dekabrında Selin Diona mərkəzi sinir sisteminə təsir edən, idarəolunmaz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğu diaqnozu qoyuldu. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.

2024-cü ildə Dion 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edərək dünya səhnəsinə qayıdıb.

Eurovision mayın 13-dən 17-dək İsveçrədə keçiriləcək.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr