AZ

BMT Baş katibi Hindistan və Pakistana sülh çağırışı etdi – ÖZƏL

BMT-nin Baş katibi Antoniu Quterreş Hindistan və Pakistan arasında artan gərginliklə bağlı dərin narahatlığını ifadə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Quterreş Hindistanın Pakistan və Pakistanın nəzarətində olan Kəşmir bölgəsində apardığı hərbi əməliyyatlara görə ciddi narahat olduğunu bildirib və hər iki ölkəni maksimal hərbi təmkin nümayiş etdirməyə çağırıb.

"Baş katib Hindistanın nəzarət xəttini və beynəlxalq sərhədi keçərək apardığı hərbi əməliyyatlardan dərin narahatlıq keçirir. O, hər iki ölkəni maksimal hərbi təmkinə çağırır," - deyə bəyanatda qeyd olunub.

O əlavə edib ki, "dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya yol verə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr