Hindistan Silahlı Qüvvələri Sindoor əməliyyatı çərçivəsində Pakistanda 9 hədəfə 24 raket zərbəsi endirib, 70 terrorçu məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NDTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 70-dən çox terrorçu öldürülüb, 60-dan çoxu yaralanıb. Zərbələr qurudan və havadan buraxılan raketlərdən istifadə edilməklə həyata keçirilib.
Qeyd edilir ki, mayın 7-də səhər saat 1:05-dən 01:30-a qədər davam edən zərbələr Hindistanın quru qoşunları, donanması və hava qüvvələri tərəfindən birgə həyata keçirilib.