Ukrayna mayın 9-da Rusiya ərazisinə “genişmiqyaslı” hücuma keçə və ya Qələbə Paradı zamanı Moskvaya zərbə vura bilər...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, münaqişə başlayandan Kiyev dronların arsenalını modernləşdirib və Rusiyanın dərinliklərinə zərbələr endirə bilər. Bundan əlavə, müəlliflər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri Moskvaya zərbə endirməyə cəhd edə bilər, lakin bunun üçün hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün kütləvi hücuma əl atmalı olacaqlar.
Eyni zamanda, Der Spiegel yazır ki, Ukraynanın həqiqətən hərbi parada, yoxsa ətraf ərazilərə hücum edəcəyi hələ də bəlli deyil. Jurnalistlər iddia edirlər ki, Kiyev Rusiyanın digər bölgələrinə də zərbə endirməyə cəhd edə bilər.
Daha əvvəl Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov bəyan etmişdi ki, Ukrayna mayın 9-da Moskvada keçiriləcək Qələbə paradını pozmağa cəhd edərsə, Rusiya buna cavab verəcək.
Poliqon.info