BAKI, 7 may. TELEQRAF
Kreml hesab edir ki, Ukrayna mayın 9-da hərbi paradın təhlükəsiz keçirilməsi üçün Rusiya lideri Vladimir Putinin elan etdiyi üçgünlük atəşkəsə razı olmayacaq. Bununla əlaqədar Rusiya rəhbəri Müdafiə Nazirliyinə Ukraynaya “Oreşnik” ballistik raketi ilə zərbə endirmək üçün hədəfləri müəyyən etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Unian” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Moskva Ukrayna PUA-larının Moskva və Rusiyanın digər regionlarına hücumlarını davam etdirməsindən narazıdır. Bununla bağlı Putin “həlledici cavab”ı nəzərdən keçirir.
Qeyd olunur ki, Putin Rusiya Müdafiə Nazirliyinə Ukraynaya ortamənzilli ballistik raketlərlə zərbə endirmək üçün hədəfi müəyyən etməyi tapşırıb. İlkin məlumata görə, hədəf kimi Kiyev seçilib.
“Görünür, atəşkəs olmayacaq”, - KİV bildirir.