AZ

Sane "Bavariya"nı bu İspaniya nəhənginə dəyişir

Almaniyalı yarımmüdafiəçi Leroy Sane cari mövsümün sonunda "Bavariya"nı tərk edə bilər.

90deqiqe.Az-ın “Sports”a istinadən verdiyi məlumata görə, tərəflər yeni əmək müqaviləsi bağlamaq barədə razılığa gəlməyiblər.

Sane karyerasını "Barselona"nın onun xidmətinə maraq göstərdiyi İspaniya çempionatında davam etdirə bilər. Kataloniya təmsilçisi də artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Bundan əvvəl Leroyun Premyer Liqaya gedə biləcəyi də bildirilirdi.

29 yaşlı vinger cari Bundesliqa mövsümündə 28 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr