Mayın 7-də Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müvəqqəti işlər vəkilini Hindistanın Cammu və Kəşmirdə bir sıra məntəqələrə əsassız zərbələr endirməsi ilə bağlı sərt etiraz bildirmək və rəsmi İslamabadın notasını təqdim etmək üçün çağırıb.
Teleqraf xəbər verir ki, XİN bu zərbələrin qadın və uşaqlar da daxil olmaqla bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələndiyini bəyan edib.
Bildirilib ki, Hindistanın açıq-aşkar təcavüz aktı Pakistanın suverenliyinin açıq şəkildə pozulmasıdır. Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və dövlətlərarası münasibətləri tənzimləyən müəyyən edilmiş normalara ziddir.
Ətraflı
Hindistan tərəfinə xəbərdarlıq edilib ki, bu cür ehtiyatsız davranışlar regional sülh və sabitliyə ciddi təhlükə yaradır.