Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Sərnişinlər qatarların 4 stansiyanı 35 dəqiqəyə getdiyini, hətta bəzi stansiyalarda 15 dəqiqəyə qədər gözləməli olduğunu bildiriblər.
Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında qatarların hərəkətindən hansısa nasazlığın olmadığını bildirib:
“Bəzi stansiyalarda sıxlıq səbəbilə tənzimləmələr hərəkət və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, təmin edilir”, - o əlavə edib.