Nə vaxtsa Çin ABŞ dövlət istiqrazlarını aktiv şəkildə satmağa başlaya bilər.
Publika.az xəbər verir ki, bu proqnozu məşhur rusiyalı iqtisadçı Mixail Xazin səsləndirib.
O hesab edir ki, müəyyən şərtlər daxilində ÇXR rəhbərliyi öz istiqrazlarını satmağa qərar verə bilər. Belə bir addımın əsas məqsədi ABŞ dövlət borcuna və müvafiq olaraq ABŞ dollarına olan tələbi əhəmiyyətli dərəcədə azaltmaqdır.
Ekspertin fikrincə, Çin hakimiyyəti bu addımı yalnız ABŞ-la münasibətlərin kəskin şəkildə pisləşdiyi, münaqişələrin eskalasiyası tendensiyası aşkar olduğu halda atacaq.