Onun sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz dahi şəxsiyyətin fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamla addımlayıb: "Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində şuşalıların doğma yurd həsrətinə son qoyub. Şuşalılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31