Çin təkcə kosmosa yox, dənizə də can atır. Ölkə Cənubi Çin dənizinin səthindən 2 kilometr aşağıda ən müasir sualtı stansiya tikməklə dərin dənizlərin kəşfiyyatında yeni eranı açmağa hazırlaşır.
Herbiand.az bildirir ki, bunu DailyGalaxy yazır.
Sualtı stansiya Çin Elmlər Akademiyası tərəfindən hazırlanıb və artıq tikinti işlərinə başlanılıb. 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan bu innovativ obyekt üç Beynəlxalq Kosmik Stansiyanın birləşməsi qədər texnoloji cəhətdən mürəkkəb olacaq.
Stansiya unikal ekosistemin öyrənilməsi üçün hidrotermal kanalların yaxınlığında tikilir.
“Sualtı stansiya sadəcə elmi layihə deyil. O, Çinin okean resursları uğrunda qlobal yarışda daha geniş ambisiyalarını əks etdirir”, - DailyGalaxy yazır.
Bəxtiyar CƏFƏRLİ